Bank Of Baku

Azərbaycan Stavropoldan ildə 1 milyon ton taxıl alacaq

Azərbaycan Stavropoldan ildə 1 milyon ton taxıl alacaq
# 04 may 2010 13:40 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiyanın Stavropol diyarı Azərbaycana ildə 1 milyon ton taxıl ixrac edəcək.

APA-nın «RİA Novosti»yə istinadən məlumatına görə, Azərbaycana kənd təsərrüfatı maşınları və 1,4 minə yaxın baş iri buynuzlu damazlıq heyvan da gətiriləcək.

Taxıl diyarın «Çerniqovski» və «Ternovski» kolxozlarından alınacaq. Aparılan qiymətləndirməyə görə, Stavropol Azərbaycana ildə 3 milyon ton taxıl ixrac edə bilər. Azərbaycandan isə Rusiyanın bu diyarına faraş tərəvəz, süfrə və şərab üzümlərinin tingi ixrac ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR