Bank Of Baku

Polşadan Azərbaycana yük avtomaşını ilə gətirilən 9 ton baytarlıq preparatı Ukrayna-Rusiya sərhədində saxlanılıb

Polşadan Azərbaycana yük avtomaşını ilə gətirilən 9 ton baytarlıq preparatı Ukrayna-Rusiya sərhədində saxlanılıb
# 07 may 2010 15:16 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiyanın Rostov vilayətinin Ukrayna ilə sərhədində Polşadan gətirilən 9 ton baytarlıq preparatı saxlanılıb.

APA-Economics”in “Rostovskaya Komsomolskaya Pravda” nəşrinə istinadən verdiyi məlumata görə, Azərbaycana göndərilən yükün saxlanılmasına səbəb sənədlərinin qaydasında olmaması olub.

Məsələyə münasibət bildirən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bu barədə məlumatsız olduqlarını bildirib: “Dövlət Baytarlıq Xidmətinin mövcud qaydalarına uyğun olaraq, bəzi istisnalar olmaqla, Azərbaycana baytarlıq preparatları yalnız Türkiyə və Hindistandan idxal oluna bilər. Polşadan baytarlıq preparatlarının idxalına isə icazə verilmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR