Bank Of Baku

Nazir İsmət Abasov: «Sel fəlakəti ilə bağlı daxili bazarda bahalaşma olmayacaq»

Nazir İsmət Abasov: «Sel fəlakəti ilə bağlı daxili bazarda bahalaşma olmayacaq»
# 08 may 2010 09:48 (UTC +04:00)
Bakı. Elnur Hüseyquluyev – APA-Economics. Azərbaycanın Mərkəzi Aran rayonlarında sel fəlakəti ilə bağlı bazarda kənd təsərrüfatı məhsullarının qiymətində heç bir artım olmayıb. «APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

İ.Abasovun sözlərinə görə, hazırda bazarda qiymətlərə iqtisadi yollarla nəzarət olunur: «Lakin təəssüflər olsun ki, belə hallardan müəyyən insanlar istifadə etmək istəyir. Düşünürəm ki, fəlakət olan zaman insanlar belə hallara yol verməməlidir. Biz düşünürük ki, bazarda qiymət artımından söz gedə bilməz. Azərbaycanda aqrar sahə dinamik inkişaf edir. Bundan başqa, Azərbaycan bazar iqtisadiyyatı şəraitində yaşayır. İqtisadi yollarla bu məsələ tənzimlənəcək, ölkədə qiymət artımı olmayacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR