Bank Of Baku

Almaniyada onlarla quşçuluq ferması bağlanıb

Almaniyada onlarla quşçuluq ferması bağlanıb
# 10 may 2010 12:48 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Almaniyada bir sıra quşçuluq fermalarının bazara yumurta çıxarmasına qadağa qoyulub.

APA-Economics”in məlumatına görə, bunun səbəbi yumurtaların dioksinlə zəhərlənməsidir.

Ehtimal edilir ki, zərərli maddə Ukraynadan alınan yem qarğıdalısının tərkibində ola bilər. Qadağa qoyulmuş quşçuluq fermalarının məhsulu olan yumurtalar ərzaq dükanlarında və supermarketlərdə satışdan yığışdırılıb. Bu ilin yanvar ayında Ukraynadan alınan qarğıdalı və kombinə edilmiş yemin hazırlanmasında istifadə edilir.

Şimali Reyn-Vestfaliya federal torpaqlarının istehlakçıların hüquqlarının müdafiəsi üzrə idarəsinin rəhbəri Xaynrix Bottermann qeyd edib ki, yemlərdə dioksinin mövcudluğunun yoxlanması uzun müddət vaxt tələb edəcək. Hazırda bu maddə təkcə yumurtalarda aşkar edilib. Qalmaqal gözləniləndən daha geniş miqyasda olub, doqquz federal torpağın kənd təsərrüfatları şübhə altına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR