Bank Of Baku

Bakıda «Ərzaq məhsullarının qablaşdırılması və etiketlənməsində Avropa İttifaqının tələbləri» mövzusunda treninq keçirilir

Bakıda «Ərzaq məhsullarının qablaşdırılması və etiketlənməsində Avropa İttifaqının tələbləri» mövzusunda treninq keçirilir
# 11 may 2010 08:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və BMT-nin İnkişaf Proqramının (UNDP) təşkilatçılığı ilə «Ərzaq məhsullarının qablaşdırılması və etiketlənməsində Avropa İttifaqının tələbləri» mövzusunda iki günlük treninq başlayıb.

«APA-Economics»in məlumatına görə, tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov bildirib ki, treninqin keçirilməsində əsas məqsəd ərzaq məhsullarının qablaşdırılması və etiketlənməsində Avropa İttifaqının tələbləri, bu sahədəki qanunvericiliklə bağlı iş adamlarını məlumatlandırmaqla yerli məhsulların Avropa bazarlarına ixrac imkanlarının genişləndirilməsinə yardım etməkdir.

«Avropa bazarları ən qəliz bazardan sayılır. Bu treninqdə də Avropa bazarlarında hər məhsulun öz qablaşdırlıması forması, eyni zamanda etiketlərin üzərində hansı məlumatların olması haqda məlumat veriləcək» - deyə A.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, ixrac potensialının genişləndirilməsi və ixracın strukturunun diversifikasiyası sahəsində sahibkarların məlumatlandırılmasının əhəmiyyəti nəzərə alınaraq bu cür tədbirlər gələcəkdə də davam etdiriləcək.

Qeyd edək ki, iki gün davam edəcək treninqdə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən 30-a yaxın iş adamı iştirak edib. Treninqin sonunda iştirakçılara sertifikatlar da veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR