Bank Of Baku

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nazir İsmət Abasovun Ermənistana səfəri ilə bağlı açıqlama yayıb

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nazir İsmət Abasovun Ermənistana səfəri ilə bağlı açıqlama yayıb
# 11 may 2010 09:55 (UTC +04:00)
Mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin imzası ilə “APA-Economics”ə verilən məlumata görə, səfərdə məqsəd İrəvanda keçirilən Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 36-cı sessiyasında (11-12 may) və BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı - FAO-nun 27-ci Regional konfransında (13-14 may) iştirak etməkdir.

M.Hacıyev qeyd edib ki, azərbaycanlı nazirin Ermənistana səfəri məhz adı çəkilən beynəlxalq təşkilatların dəvəti əsasında reallaşıb. Onun sözlərinə görə, FAO-nun 27-ci Regional konfransının əsas məqsədi qlobal istiləşmə ilə əlaqədar kənd təsərrüfatında yaranan vəziyyətin aradan qaldırılması, quraqlığa davamlı aqrotexniki tədbirlər kompleksinin işlənib hazırlanması, eləcə də Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyasının və FAO-nun 28-ci Regional konfransının Azərbaycanda keçirilməsi məsələsinin müzakirə olunmasıdır.

Qeyd edək ki, İ.Abasovun rəhbərlik etdiyi nümayəndə heyətinə Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Rəşad Məcidov və “Aqrolizinq” Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR