Bank Of Baku

Apreldə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2% bahalaşıb

Apreldə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2% bahalaşıb
# 11 may 2010 12:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində diri mal-qara və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 3,3%, bitkiçilik, bostan və bağçılıq məhsullarının qiymətləri isə 0,5% bahalaşıb. Bitkiçilik, bostan və bağçılıq məhsullarından dənli bitkilərin istehsalçı qiymətləri 2%, turuncu meyvələrin 1,3%, kökümeyvəli və köküyumruluların 0,8%, zeytun və qoz-fındığın 0,7%, kartofun 0,3% bahalaşıb, tərəvəz məhsullarının 0,2%, sitrus meyvələrinin 0,3%, digər tərəvəzlərin qiymətləri isə 2,5% ucuzlaşıb.

Bundan başqa, diri mal-qara və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 28,7%, diri iribuynuzlu qaramalın 2,9%, diri qoyunların 1,9% bahalaşıb, qoyun ətinin (diri çəkidə) 0,3%, iribuynuzlu qaramaldan alınan südün 3,2%, quş ətinin (diri çəkidə) 2,7%, yumurtanın 0,2%, diri quşların qiymətləri isə 29,1% ucuzlaşıb. Balıq və sair balıqçılıq məhsullarından isə diri balığın qiymətlərində 0,5% bahalaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR