Bank Of Baku

FAO-nun növbəti regional konfransı Bakıda keçiriləcək

FAO-nun növbəti regional konfransı Bakıda keçiriləcək
# 13 may 2010 10:52 (UTC +04:00)
APA-Economics”in “Novosti Armeniya”ya istinadən məlumatına görə, bunu jurnalistlərə hazırda İrəvanda səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı getdikcə inkişaf edir. Bu inkişafda kənd təsərrüfatının da payı var: “Artıq 9 milyonu ötən ölkə əhalisinin 48%-i kənd yerlərində yaşayır, 1,5 milyon nəfər kənd təsərrüfatı ilə məşğul olur”.

Qeyd edək ki, İ.Abasovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti hazırda İrəvanda keçirilən Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 36-cı sessiyasında və FAO-nun 27-ci Regional Konfransında iştirak edir. Səfərdə məqsəd Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyasının və FAO-nun 28-ci Regional Konfransının Azərbaycanda keçirilməsi məsələsinin müzakirə edilməsi olub. Nümayəndə heyətinə Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Rəşad Məcidov və “Aqrolizinq” Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR