Bank Of Baku

FAO-nun 28-ci Regional Konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyası 2012-ci ildə Bakıda keçiriləcək

FAO-nun 28-ci Regional Konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyası  2012-ci ildə Bakıda keçiriləcək
# 14 may 2010 15:45 (UTC +04:00)
Bu barədə APA-ya İrəvandan açıqlamasında Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov məlumat verib.

Nazirin sözlərinə görə, iclasda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 28-ci Regional Konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyasının 2012-ci ildə Bakıda keçirilməsi qərara alınıb.

Qeyd edək ki, İ.Abasovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İrəvanda keçirilən bu beynəlxalq tədbirdə iştirak edib.

Nümayəndə heyətinə Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Rəşad Məcidov və “Aqrolizinq” Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR