Bank Of Baku

Azərbaycan hökuməti quş yeminin idxal vergi və rüsumlarından azad edilməsi təkliflərinə baxır

Azərbaycan hökuməti quş yeminin idxal vergi və rüsumlarından azad edilməsi təkliflərinə baxır
# 17 may 2010 08:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının xaricdən gətirdiyi yemin idxal vergi və rüsumlarından azad edilməsinə dair təkliflər ölkə hökumətinə göndərilib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhrəm Əliyev bildirib.

Vergilərlə bağlı dəyişikliklərin konkret nədən ibarət olduğunu açıqlamayan nazir müavini hazırda təkliflərin Nazirlər Kabinetində baxıldığını bildirib.

Nazir müavini bu yaxınlarda Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə görüşdüklərini, bununla bağlı olaraq Quşçular Cəmiyyəti tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə rəsmi müraciət olunduğunu qeyd edib.

«Quşçuluğun inkişafı üçün ilk növbədə vergilərin azaldılmasına nail olmaq lazımdır. Bu vacib şərtlərdən biridir. Bu istiqamətdə işlər gedir», - deyə nazir müavini vurğulayıb.

B.Əliyevin sözlərinə görə, 2015-ci ilə qədər ümumi ət məhsullarına olan təlabatın illik 340 min ton, o cümlədən quş ətinə olan təlabatın isə 80 min ton təşkil edəcəyi proqnozlaşdırılır.

Nazir müavini onu da əlavə edib ki, cari ildə 30-40 min ton quş əti istehsalı gözlənilir ki, bu da 2009-cu ilin göstəricisindən 10%-ə yaxın çox olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR