Bank Of Baku

Azərbaycanda sel altında qalan ərazilərdə ikinci əkin üçün dövlət fermerlərə kömək göstərəcək

Azərbaycanda sel altında qalan ərazilərdə ikinci əkin üçün dövlət fermerlərə kömək göstərəcək
# 17 may 2010 09:12 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhrəm Əliyev bildirib.

Nazir müavininin sözlərinə görə, bunun 18 min hektarı taxıl, 23 min hektarı yonca, qalanı isə pambıq və bostan-tərəvəz sahələridir.

Hazırda kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovun bölgədə olduğunu deyən B.Əliyev kənd təsərrüfatına dəyən zərərin araşdırıldığını vurğulayıb.

«Su çəkilib qurtardıqdan sonra ikinci əkinin təşkilinə başlayacağıq. İkinci əkin üçün taxıl toxumları fermerlərə dövlətin hesabına, pulsuz veriləcək. Bunun üçün bizim imkanımız var», - deyə B.Əliyev əlavə edib.

Nazir müavini sel nəticəsində tələf olunan fərdi təsərrüfatlardakı ev heyvanlarının və quşların sayının dəqiqləşdirildiyini, bununla bağlı komissiyanın işlər apardığını qeyd edib. Ev təsərrüfatlarına dəyən zərərin ödənilməsi barədə qərarı isə müvafiq dövlət komissiyası verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR