Bank Of Baku

Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhrəm Əliyev: «Qarpız bahalaşmayacaq»

Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhrəm Əliyev: «Qarpız bahalaşmayacaq»
# 17 may 2010 11:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Kür çayının daşması və Azərbaycanın əsas qarpız istehsalçısı olan Sabirabad rayonunun bir hissəsinin su altında qalmasına baxmayaraq, bu il qarpızın qiymətində bahalaşma gözlənilmir. «APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini Bəhrəm Əliyev Sabirabad rayonunda yaranmış vəziyyətin qiymətlərə təsirini şərh edərkən deyib.

B.Əliyevin sözlərinə görə, Kür çayının daşması nəticəsində Sabirabad rayonunda bostan-tərəvəz sahələrinə də böyük ziyan dəyib.

«Ola bilsin ki, Sabirabad rayonunda məhsul istehsalı azalsın. Amma qarpız, yemiş və bostan məhsulları digər rayonlarda da istehsal olunduğundan qiymətlərin bahalaşacağını demək olmaz. Bu gün Azərbaycanı qarpızla tək Sabirabad və Saatlı rayonları təmin etmir», - deyə nazir müavini vurğulayıb.

Qeyd edək ki, ilkin hesablamalara görə, Kür çayının daşması nəticəsində Azərbaycanda kənd təsərrüfatı məhsulları əkilmiş 50 min hektar ərazi su altında qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR