Bank Of Baku

Sel daşqınları ilə əlaqədar Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində Operativ Qərargah yaradılıb

Sel daşqınları ilə əlaqədar Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində Operativ Qərargah yaradılıb
# 17 may 2010 14:04 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə KTN-in mətbuat xidmətindən məlumat verilib.

Kənd təsərrüfatı naziri İsmət Abasovun bu gün imzaladığı əmrə əsasən, Qərargah sel daşqınları ilə əlaqədar baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə əlaqəli fəaliyyət göstərəcək, dəymiş ziyanın həcmini müəyyənləşdirəcək və məhsul istehsalçılarına köməkliklər göstərilməsini təmin edəcək.

Şirvan şəhərində yerləşəcək Qərargahın rəhbəri kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovdur. Qərargahda KTN-in Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev, Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov, İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Məcidov, Aqrar islahatlar, kənd ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin müdiri İslam İbrahimov, Texniki siyasət və aqroservis şöbəsinin müdiri Rəşid Cəfərov, Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova, Dövlət Fitosanitar Xidmətinin rəisi Məmmədəli Dünyamalıyev, «Aqrolizinq» ASC-nin sədri Əli Bayramov, Salyan Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Sabir Rəhimov və Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Tahir Bəşirov təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR