Bank Of Baku

Gəncədə yüksək texnologiyaların aqrar təhsildə tətbiqinə dair konfrans başlayıb

Gəncədə yüksək texnologiyaların aqrar təhsildə tətbiqinə dair konfrans başlayıb
# 21 may 2010 11:35 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Gəncədə “Aqrar təhsildə innovasiya texnologiyalarının tətbiqi və beynəlxalq əməkdaşlıq formaları” mövzusunda iki günlük beynəlxalq konfrans işə başlayıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov “APA-Economics”ə bildirib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 80 illik yubileyinə həsr olunmuş tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə iştirak edir.

Konfransda bütün sahələrdə olduğu kimi, aqrar təhsildə yeni texnologiyaların tətbiqi barədə çıxışlar dinləniləcək, beynəlxalq əməkdaşlıq, beynəlxalq təcrübə mövzusunda fikir mübadiləsi aparılacaq.

Həmçinin konfrans çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə ADAU-da yaradılan elektron kitabxananın rəsmi təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.

Bundan əlavə, informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında əməyi olan universitetin 8 əməkdaşı RİTN-in Fəxri Fərmanı ilə təltif ediləcək və hər birinə pul mükafatı təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR