Bank Of Baku

Azərbaycan son bir ildə ət istehsalını 4% artırıb

Azərbaycan son bir ildə ət istehsalını 4% artırıb
# 24 may 2010 06:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk dörd ayı ərzində Azərbaycanda emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 1 577,8 mln. manatlıq məhsul istehsal olunub, sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə istehsalın həcmi 9,9% artmaqla, daha çox hissəsi qida məhsullarının istehsalının payına düşüb. Qida məhsullarından makaron məmulatları istehsalı 10% artaraq 4 739,9 ton, ət 3,9% artaraq 82,1 min ton, süd 3% artaraq 211,9 min ton, kərə yağı 0,9% artaraq 7 min ton, cem və marmeladlar 12,4% artaraq 2,3 min ton, duru bitki yağları isə 16,4% artaraq 14,2 min ton olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR