Bank Of Baku

«Aqrolizinq» soyuducu kameraların alınması üçün tender keçirir

«Aqrolizinq» soyuducu kameraların alınması üçün tender keçirir
# 26 may 2010 07:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Aqrolizinq» ASC 4 lot üzrə tender keçirir. ASC-dən «APA-Economics»ə verilən məlumata görə, birinci lot üzrə Ceyranbatan qəsəbəsində tutumu 2500 ton, ikinci lot üzrə Goranboy rayonunda tutumu 2000 ton, üçüncü lot üzrə Ağcabədi rayonunda tutumu 1000 ton, dördüncü lot üzrə Şəmkir rayonunda tutumu 800 ton olan atmosfer kontrollu (qaz sistemli) soyuducu kameralarının satın alınması və quraşdırılması nəzərdə tutulur.

İddiaçılar müvafiq təkliflərini bu ilin iyul ayının 2-dək «Aqrolizinq» ASC-yə təqdim etməlidir. Zərflər iyulun 12-də açılacaq.

Tenderdə iştirak haqqı birinci və ikinci lot üzrə 1000 manat, üçüncü və dördüncü lot üzrə isə 500 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR