Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri mayda 1,1% ucuzlaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri mayda 1,1% ucuzlaşıb
# 04 iyun 2010 14:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,1% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində bitkiçilik, bostan və bağçılıq məhsullarının istehsalçı qiymətləri 0,4% bahalaşıb, diri mal-qara və heyvandarlıq məhsullarının qiymətləri isə 3% ucuzlaşıb.

Bitkiçilik, bostan və bağçılıq məhsullarından sitrus meyvələrinin istehsalçı qiymətləri 4,1%, kartofun 1,1%, kökümeyvəli və köküyumruluların 1%, turuncu meyvələrin 0,7%, tərəvəz məhsullarının 0,2% bahalaşıb, zeytun və qoz-fındığın istehsalçı qiymətləri 0,9%, dənli bitkilərin 1,2%, digər qruplara daxil edilməyən sair tərəvəzlərin qiymətləri isə 1,7% aşağı düşüb.

Diri mal-qara və heyvandarlıq məhsullarından qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 1,9%, mal-qara yunu və tükünün 0,3%, diri qoyunların qiymətləri 0,1% bahalaşıb, diri quşların 0,8%, diri iribuynuzlu qaramalın 1,1%, quş ətinin (diri çəkidə) 2,2%, yumurtanın 4,6%, mal ətinin (diri çəkidə) qiymətləri isə 14,1% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR