Bank Of Baku

Azərbaycan taxıl biçininə başlayır

Azərbaycan taxıl biçininə başlayır
# 07 iyun 2010 13:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn həftə Azərbaycanda taxıl biçininə başlanılır. Bu barədə «»APA-Economicsə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

M.Hacıyevin sözlərinə görə, ilk olaraq arpa sahələrinin biçilməsinə başlanılacaq. Ümumilikdə, Azərbaycanda biçiləcək taxıl sahələrinin 659 318 hektarını buğda, 249 min hektarını isə arpa sahələri təşkil edəcək.

«Artıq respublika üzrə 3110 kombayn biçinə hazır vəziyyətə gətirilib. Bunlardan 1 880-i köhnə kombaynlar, qalanı isə yeni kombaynlardır», - deyə M.Hacıyev vurğulayıb.

Nazirlik rəsmisinin sözlərinə görə, taxıl əkilmiş 21 697 ha sahə Kür və Araz çaylarının daşması nəticəsində sel sularının altında qalıb.

Cari ildə 1 ha taxıl sahəsində orta hesabla 27-28 sentner məhsul istehsalı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR