Bank Of Baku

«Aqrolizinq» daha dörd soyuducu kameranın quraşdırılmasına dair tender keçirir

«Aqrolizinq» daha dörd soyuducu kameranın quraşdırılmasına dair tender keçirir
# 08 iyun 2010 07:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Aqrolizinq» ASC Ceyranbatan qəsəbəsində tutumu 2500 ton olan, Goranboy rayonunda tutumu 2000 ton, Ağcabədi rayonunda tutumu 1000 ton və Şəmkir rayonunda tutumu 800 ton olan soyuducu kameraların alınması və quraşdırılmasına dair tender keçirir.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, iddiaçılar tenderdə iştirak üçün birinci və ikinci lotlar üzrə 1000 manat, üçüncü və dödrüncü lotlar üzrə 500 manat ödəməlidir.

Tenderdə iştirak etmək istəyənlər müvafiq sənədləri iyul ayının 2-dək «Aqrolizinq» ASC-nin inzibati binasına təqdim edə bilərlər. Zərflər isə iyul ayının 12-də açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR