Bank Of Baku

«Aqrolizinq» dörd lot üzrə tender keçirir

«Aqrolizinq» dörd lot üzrə tender keçirir
# 11 iyun 2010 08:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Aqrolizinq» ASC bir sıra avadanlıqların və xidmətlərin satın alınması üçün təkliflər sorğusu elan edib. Bu barədə «APA-Economics»ə səhmdar cəmiyyətinin Tender Komissiyasından məlumat verilib.

Dörd lot üzrə keçirilən tenderin birinci lotunda kartofun çeşidlənməsi, təmizlənməsi və yüklənməsi üçün avadanlıqlar, ikinci lota Beyləqan rayonunda 100 ha sahədə quraşdırılacaq damcılı suvarma avadanlıqları, üçüncü lota Abşeron rayonunda 50 ha sahədə quraşdırılacaq suvarma avadanlıqlarının alınması, dördüncü lota isə «Aqrolizinq» ASC-nin təchizat bazalarında təmir və yenidənqurma işlərinin yerinə yetirilməsi daxildir.

Tenderin qalibi olmuş iddiaçılar 1, 2 və 3-cü lotlar üzrə göstərilən avadanlıqları DDP İnkoterms-2000 şərti ilə müqavilə bağlandıqdan 90 gün ərzində «Aqrolizinq» ASC-yə təhvil verməli, 4-cü lot üzrə təmir işləri isə 120 gün ərzində yerinə yetirilməlidir.

İddiaçılar hər bir lot üzrə 200 manat ödəməklə əsas şərtlər toplusunu «Aqrolizinq» ASC-dən (Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi,12; tel: (+994 12) 425 61 29) əldə edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR