Bank Of Baku

Azərbaycanda yeni 12 quşçuluq təsərrüfatının yaradılması təklif olunur

Azərbaycanda yeni 12 quşçuluq təsərrüfatının yaradılması təklif olunur
# 17 iyun 2010 09:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) ətlik istiqamətli quşçuluq (o cümlədən, damazlıq broyler) təsərrüfatlarının yaradılması və müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə sahibkarlar tərəfindən təqdim olunmuş təkliflər zərflərinin açılma mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, ətlik istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması və müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə SKMF-a sahibkarlar tərəfindən 12 təklif daxil olub ki, bunun 6-sı Abşeron, 3-ü Aran, 1-i Dağlıq Şirvan, 1-i Gəncə-Qazax və 1-i Şəki-Zaqatala iqtisadi rayonları üzrə olub.

Tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, hazırda Azərbaycanda istehsal olan quşçuluq məhsulları ölkənin daxili tələbatının 74%-ni ödəyir, qalan 26%-i isə idxal hesabına ödənilir: «Yaxın vaxtlarda Azərbaycan daxili tələbatın 100%-ni özü ödəyəcək, həmçinin öz məhsullarını qonşu ölkələrə də ixrac edə biləcək».

Ş.Abdullayev onu da bildirib ki, sahibkarlıq subyektləri tərəfindən təklif olunan layihələrin ümumi dəyəri 40 mln. manat təşkil edir, onun 26 mln. manatı isə sahibkarlara SKMF tərəfindən güzəştli kreditlər vasitəsilə veriləcək: «Fonda təklif olunan layihələr araşdırılacaq və iyulun 2-də güzəştli qaydada maliyyələşdiriləcək layihələr elan olunacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR