Bank Of Baku

Azərbaycanla FAO arasında yeni müqavilə imzalanıb

Azərbaycanla FAO arasında yeni müqavilə imzalanıb
# 21 iyun 2010 11:44 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, müqaviləni Azərbaycan tərəfindən kənd təsərrüfatı naziri İsmət Abasov, FAO tərəfindən isə bu təşkilatın subregional ofisinin rəhbəri Mustafa Senaser imzalayıb.

Nazir İ.Abasov çıxışında Azərbaycanın FAO ilə əməkdaşlığının müsbət nəticələr verdiyini və bir sıra layihələrin reallaşdırıldığını bildirib. Nazir qeyd edib ki, həyata keçiriləcək yeni layihə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların əlavə gəlir əldə etməsinə imkan verəcək.

Layihədə donor dölət kimi iştirak edən İsveçrənin Azərbaycandakı səfiri Alan Quidetti isə ölkəsinin bu cür layihələrə böyük önəm verdiyini və Azərbaycanda İsveçrə hökumətinin dəstəyi ilə keçirilən əvvəlki layihələrin müsbət nəticələrinin olduğunu vurğulayıb.

FAO-nun subregional ofisinin rəhbəri M.Senaser isə qeyd edib ki, layihə Ağdam rayonunun 22 yeni salınmış qəsəbə və kəndində həyata keçiriləcək və ümumilikdə 22 min nəfəri əhatə edəcək. Layihə 45 fermer qrupunun hər birində 20-25 nəfər olmaqla 600-1000 məcburi köçkün və az sayda yerli fermerlərin bilavasitə bəhrələnməsini təmin edəcək. Layihə çərçivəsində məcburi köçkünlər istixanalar və onun lazımi avadanlıqlar, həmçinin ildə 3 mövsüm olmaqla əkin üçün lazım olan toxum və gübrə bitki mühafizəsi üçün bütün lazımi kimyəvi dərmanlarla təmin olunacaq. Bundan əlavə, açıq sahədə də əkin prosesinin layihə çərçivəsində dəstəklənməsi nəzərdə tutulub. Layihənin sonunda layihədə iştirak edəcək mənfəətçilərin xalis gəliri ümumilikdə 113 min manat olması gözlənilir.

«Layihədə damcıvari suvarma sistemlərinin də geniş şəkildə tətbiqi nəzərdə tutulub. Bu təcrübə artıq layihənin pilot mərhələsində müvəffəqiyyətlə sınaqdan keçirilib», - deyə M.Senaser vurğulayıb.

Qeyd edək ki, Azərbaycan hökuməti və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən (ümumi büdcəsi 1,750 mln. ABŞ dolları, İsveçrə hökumətinin payı 1,459 mln. dollar, Azərbaycan hökumətinin payı 0,255 mln. dollar) və FAO tərəfindən icra olunacaq bu layihə növbəti üç il ərzində həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR