Bank Of Baku

Azərbaycanda seldən zərər çəkmiş fermerlərə kreditlərin qaytarılmasında güzəştlər təqdim oluna bilər

Azərbaycanda seldən zərər çəkmiş fermerlərə kreditlərin qaytarılmasında güzəştlər təqdim oluna bilər
# 21 iyun 2010 11:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ehtiyac yaranarsa, Azərbaycanın sel basmış ərazilərində fermerlərə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin xətti ilə verilən kreditlərin qaytarılmasında gecikmələrlə bağlı güzəştlərin tətbiqi mümkündür. Bunu «APA-Economics»ə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

İ.Abasovun sözlərinə görə, məhsul istehsalına ziyan dəydiyindən kreditlərin qaytarılmasında baş verəcək gecikmələr təbii haldır: «Amma hələ ki, bununla bağlı bizə heç bir müraciət daxil olmayıb. Müraciət olarsa, mən şəxsən dəstəkləyəcəm ki, ziyana düşmüş insanlar kreditlərini ödəməkdə çətinliyə düşməsinlər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR