Bank Of Baku

Azərbaycan İnvestisiya Şirkəti «Azərtoxum»da iştirak payını 20%-ə çatdıracaq

Azərbaycan İnvestisiya Şirkəti «Azərtoxum»da iştirak payını 20%-ə çatdıracaq
# 22 iyun 2010 10:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) «Azərtoxum» MMC-nin 15% səhmini alıb. «APA-Economics»in məlumatına görə, bunu AİŞ-in icraçı direktoru Əfqan İsayev bildirib.

Onun sözlərinə görə, 2011-ci ilin may ayınadək AİŞ «Azərtoxum» şirkətindəki səhm payını 20%-ə çatdıracaq: «İlkin olaraq AİŞ «Azərtoxum» MMC-yə 2,8 mln. manat məbləğində investisiya yatıracaq. İnvestisiya Yevlaxda inşa olunan toxum zavoduna yönəldiləcək ki, layihənin ümumi dəyəri 22,4 mln. manat təşkil edir. AİŞ bu layihəyə ümumilikdə 4 mln. manat vəsait ayıracaq».

Ə.İsayev onu da qeyd edib ki, cari ilin III rübü ərzində fəaliyyətə başlayacaq zavodda yüksək keyfiyyətli elit toxumlar istehsal olunacaq.

Qeyd edək ki, «Azərtoxum» MMC-nin səhmdarları sırasında yerli və Türkiyə investorları mövcuddur.

Xatırladaq ki, AİŞ 2006-cı ilin mart ayında yaradılıb. Şirkətin investisiya fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir. Hazırda şirkətin kapitalı 160 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR