Bank Of Baku

Masazır duz zavodu yayın sonunda açılacaq

Masazır duz zavodu yayın sonunda açılacaq
# 22 iyun 2010 11:02 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Əfqan İsayev bildirib.

Onun sözlərinə görə, duz zavodunun inşası «Azərsun» və AİŞ tərəfindən birgə həyata keçirilir. «Azərsun»un layihədə iştirak payı 75%, AİŞ-in payı isə 25% təşkil edir: «Hazırda zavod test rejimndə işləyir. Lakin yaxın 1-2 ay ərzində duz zavodu tam istifadəyə verilərək fəaliyyətə başlayacaq».

Qeyd edək ki, duz zavodunun illik istehsal gücü 60 min ton təşkil edəcək.

Xatırladaq ki, AİŞ 2006-cı ilin mart ayında yaradılıb. Şirkətin investisiya fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir. Hazırda şirkətin kapitalı 160 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR