Bank Of Baku

Nazir İsmət Abasov: «Bu il Azərbaycanda fermerlərə yanacaq və motor yağlarına görə subsidiyaların verilməsində heç bir problem olmayacaq»

Nazir İsmət Abasov: «Bu il Azərbaycanda fermerlərə yanacaq və motor yağlarına görə subsidiyaların verilməsində heç bir problem olmayacaq»
# 22 iyun 2010 12:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda fermerlərə yanacaq və motor yağlarına görə subsidiyaların verilməsi üçün rayonlardan məlumatlar toplanılır. «APA-Economics»in məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov məlumat verib.

İ.Abasovun sözlərinə görə, bu il fermerlərə yanacaq və motor yağlarına görə subsidiyaların verilməsində heç bir problem yaranmayacaq.

Nazir onu da əlavə edib ki, Respublika Komissiyası tərəfindən təqdim olunan məlumatlar dəqiqləşdirildikdən sonra müvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, Azərbaycanda fermerlərə hər 1 ha əkin sahəsinə görə 40 manat subsidiya verilir, həmçinin «Aqrolizinq» ASC-nin xətti ilə mineral gübrələr 50% güzəştlə satılır. Buğda əkmiş fermerlərə isə əlavə olaraq 40 manat subsidiya ödənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR