Bank Of Baku

FAO-nun növbəti regional konfransı Bakıda keçiriləcək

FAO-nun növbəti regional konfransı Bakıda keçiriləcək
# 22 iyun 2010 12:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. BMT-nin Ərzaq Proqramı Təşkilatının (FAO) növbəti regional konfransı 2012-ci ilin may ayında Bakıda keçiriləcək. «APA-Economics»in məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov məlumat verib.

İ.Abasovun sözlərinə görə, may ayında keçirilən FAO-nun sonuncu regional konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının iclasında növbəti hər iki toplantının Azərbaycanda keçirilməsi qərara alınıb.

«Çalışacağıq ki, həm konfrans, həm də iclas yüksək səviyyədə keçirilsin. Ən azı 10 nazirin iştirakı nəzərdə tutulub və onların razılığı da alınıb», - deyə nazir vurğulayıb.

Qeyd edək ki, FAO-nun sonuncu regional konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının iclası cari ilin may ayında İrəvanda (Ermənistan) keçirilib. Tədbirdə Azərbaycan da kənd təsərrüfatı naziri səviyyəsində təmsil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR