Bank Of Baku

IFAD-ın prezidenti Kanayo Nvanze: «Azərbaycanda yoxsulluğun azaldılması istiqamətində böyük işlər görülüb»

IFAD-ın prezidenti Kanayo Nvanze: «Azərbaycanda yoxsulluğun azaldılması istiqamətində böyük işlər görülüb»
# 22 iyun 2010 12:49 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Kənd Təsərrüfatının İnkişafı Beynəlxalq Fondunun (IFAD) prezidenti Kanayo Nvanze bildirib.

«Azərbaycanda yoxsulluğun azaldılması istiqamətində böyük işlər görülüb ki, bu da region üçün nümunədir. Həm siyasi sabitlik, həm də ərzaq təhlükəsizliyi paralel getməlidir və belə olan təqdirdə problemin həllinə nail olmaq mümkündür», - deyə K.Nvanze vurğulayıb.

IFAD rəhbəri iqlim dəyişikliklərinin də dünyada ərzaq probleminin yaranmasında öz sözünü dediyini vurğulayıb. Təşkilat rəhbəri bildirib ki, bu problemi həll etmək, dəyən ziyanı aradan qaldırmaq üçün böyük investisiyaların yatırılması, öz növbəsində bunun üçün siyasi qərar və siyasi iradə lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR