Bank Of Baku

Azərbaycan və İordaniya investisiya qoyuluşlarını təşviq etmək məqsədilə müştərək şirkət yaradacaq

Azərbaycan və İordaniya investisiya qoyuluşlarını təşviq etmək məqsədilə müştərək şirkət yaradacaq
# 22 iyun 2010 13:16 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA-Economics. Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı İordaniyanın kənd təsərrüfatı naziri Səid Masri ilə görüş keçirib.

Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı kənd təsərrüfatı sahəsində iki ölkə arasındakı əlaqələrin bugünkü vəziyyəti nəzərdən keçirilib, əməkdaşlığın daha da dərinləşdirilməsi və genişləndirilməsi imkanları müzakirə edilib.

Bu ilin əvvəlindən etibarən İordaniyadan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixrac edilməsinə başlandığını qeyd edən səfir hazırda Azərbaycandan İordaniyaya mövsümi məhsulların ixrac edilməsi üzərində iş aparıldığını söyləyib.

Görüşdə Azərbaycandan diri xırda və iri buynuzlu mal-qaranın İordaniyaya ixrac edilməsi imkanları da nəzərdən keçirilib və hər iki tərəf bu istiqamətdə əməkdaşlığa maraqlı olduğunu bildirib. Söhbət zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlığı və bu istiqamətdə Azərbaycana investisiya qoyuluşlarını təşviq etmək məqsədilə müştərək şirkətin yaradılması barədə razılıq əldə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR