Bank Of Baku

«Bərdə Broyler» ASC-nin 30% səhmi pul hərracında satılıb

«Bərdə Broyler» ASC-nin 30% səhmi pul hərracında satılıb
# 23 iyun 2010 07:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyunun 16-da keçirilmiş 567-ci pul hərracında bir səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə ƏMDK-dən məlumat verilib.

Səhmləri satılmış «Bərdə Broyler» ASC-nin nizamnamə kapitalı 247 456 manat, buraxılmış səhmləri 123 728 ədəd, bir səhmin nominal dəyəri 2 manatdır. Hərracda satışa nominal dəyəri 74 266 manat, ilkin hərrac qiyməti 37 133 manat olan 37 133 səhm (30%) çıxarılıb. Səhmlərin hamısı ilkin hərrac qiymətinə olmaqla satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR