Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri mayda 1,1% ucuzlaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri mayda 1,1% ucuzlaşıb
# 23 iyun 2010 09:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 1,1% ucuzlaşıb, yanvar-may aylarında isə 2009-cu ilin müvafiq dövrünə nisbətən 0,6% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin may ayında bitkiçilik, bostan və bağçılıq məhsulları üzrə qiymət indeksi əvvəlki aya nisbətən 100,4% təşkil edib. Bu bölmədə dənli bitkilər və digər qruplara daxil edilməyən bitkilərin istehsalçı qiymətləri 0,7%, meyvələrin və qoz-fındığın qiymətləri isə 0,1% bahalaşıb.

May ayında diri mal-qara və heyvandarlıq məhsulları üzrə qiymət indeksi ötən aya nisbətən 97% təşkil edib. Heyvandarlıq bölməsində diri qoyunların, keçilərin və onlardan alınan məhsulların istehsalçı qiymətləri 0,6% bahalaşıb, diri iribuynuzlu qaramal və onun törəməsi məhsullarının qiymətləri 5,4%, diri quşların və yumurtanın istehsalçı qiymətləri isə 3,3% ucuzlaşıb.

Cari ayda meşə təsərrüfatı, balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətlərində əvvəlki aya nisbətən heç bir dəyişiklik olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR