Bank Of Baku

İslam İnkişaf Bankı Azərbaycana daha 17 mln. dollar kredit ayıracaq

İslam İnkişaf Bankı Azərbaycana daha 17 mln. dollar kredit ayıracaq
# 24 iyun 2010 13:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İslam İnkişaf Bankı (IDB) Azərbaycan hökumətinə daha 16,9 mln. ABŞ dolları məbləğində kredit ayıra bilər. «APA-Economics»in məlumatına görə, bunu IDB-nin prezidenti Əhməd Məhəmməd Əli bildirib.

Onun sözlərinə görə, IDB və Azərbaycan hökuməti arasında ölkənin kənd təsərrüfatı sahəsində prooblemlərin aradan qaldırılması və bu sahənin inkişafına dair memorandum imzalanıb. Bu məqsədlə Azərbaycan IDB-yə 16,9 mln. dollar məbləğində kreditin ayrılması üçün müraciət edib və layihə təsdiq olunarsa sözügedən vəsait Azərbaycan hökumətinə ayrılacaq. «Bu layihə Azərbaycanın kənd təsərrüfatı sahəsində mövcud problemlərin aradan qaldırılmasına yardım edəcək», - deyə Əhməd Məhəmməd Əli bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR