Bank Of Baku

Azərbaycanın emal bölməsində istehsal həcmi son bir ildə 9% artıb

Azərbaycanın emal bölməsində istehsal həcmi son bir ildə 9% artıb
# 25 iyun 2010 06:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk beş ayı ərzində Azərbaycanda emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 2 018,9 mln. manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə istehsalın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 8,9% artıb. Artımın daha çox hissəsi qida məhsullarının istehsalının payına düşüb. Belə ki, qida məhsullarından pendir və kəsmik istehsalı 2% artaraq 18,1 min ton, ət 3,9% artaraq 102,6 min ton, süd 3% artaraq 264,9 min ton, kərə yağı 0,9% artaraq 8,7 min ton, cem və marmeladlar 11,8% artaraq 2,8 min ton, duru bitki yağları 17,8% artaraq 17,9 min ton olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR