Xəzəryanı ölkələr üzrə 2010-cu il üçün balıq ovu kvotası müəyyənləşdirilib
Toplantıda 6 məsələ gündəliyə salınıb və müzakirə olunub. Bunlardan birincisi Xəzərətrafı ölkələrin 2010-cu il üçün nəzərdə tutulmuş balıq ovu kvotasının mənimsənilməsi, su bioresurslarının artırılması və mühafizəsi haqqında hesabatın dinlənilməsi və qəbulu ilə bağlı olub.
İkinci məsələdə tərəflərin balıq ehtiyatlarının öyrənilməsi üzrə 2010-cu ildə aparılmış elmi tədqiqat işləri barədə hesabat dinlənilib və qəbul olunub.
Üçüncü məsələdə 2010-cu il üçün balıq ovunun ümumi həddi və onun milli kvotalara bölünməsi məsələləri müzakirə edilib və 2008-ci ilə nisbətən (2009-cu ildə balıq ovu kvotası qəbul edilməyib) kvotanın ümumi həddi 7% aşağı salınmaqla, Azərbaycan üzrə 6,7% qəbul edilib.
İclasda Azərbaycan nümayəndə heyəti bölgə balığının sənaye ovundan birtərəfli imtina etdiyi və onun ehtiyatlarından yalnız balıqartırma və elmi tədqiqat məqsədləri üçün istifadə edəcəyi barədə xüsusi bəyanatla çıxış edərək digər ölkələri də bu təklifə qoşulmağa çağırıb.
Dördüncü məsələdə Qazaxıstanın Xəzərdə nərəcinsli balıqların ovuna ümumi qadağa (moratoriya) qoyulması təklifi müzakirə edilib. İran və Türkmənistan bu məsələnin ətraflı öyrənilməsini və hüquqi mexanizminin işlənilməsindən sonra baxılmasını təklif edib, Rusiya isə balıqartırma və elmi məqsədlər üçün istifadə şərtilə ovu saxlamağa razılığını bildirib.
Qeyd edək ki, CITES Konvensiyasının Tərəflərinin 14-cü konfransında 12.7 qətnaməsinə edilən dəyişiklik və əlavələrə əsasən hər hansı ölkə birtərəfli qaydada balıq ovuna qadağa qoya bilər. Azərbaycan tərəfi çıxışında bu qətnamədən istifadə edərək 4 növ nərə balığından ikisinin (kələmo (şip) balığına 1979-cu ildə, bölgə balığına isə 2009-cu ildə) ovuna birtərəfli qaydada qadağa qoyduğunu bəyan edib. Qazaxıstana isə Azərbaycan tərəfinin nümunəsindən istifadə edərək, ehtiyatları kəskin azalan növlərin ovundan birtərəfli qaydada imtina etməyi və ya ümumi ovun azalması təklifinə baxmağı təklif edib.
Beşinci məsələdə BMT-nin Ərzaq Təşkilatının (FAO) Xəzərdə balıqçılıq təsərrüfatının idarə edilməsi üzrə apardığı layihənin müddətinin uzadılması barədə İranın təklifi müzakirə edilərək qəbul olunub. Bu məqsədlə azı 3 Xəzərətrafı dövlətin kənd təsərrüfatı nazirlərinin FAO təşkilatına müraciətinin vacibliyi bildirilib.
Sonuncu məsələdə müxtəlif cari məsələlər müzakirə olunub.
İclasda Azərbaycan nümayəndə heyətinin təklifi ilə 2011-ci il üçün balıq ovu kvotasının qəbul edilməsinə həsr olunmuş növbəti 32-ci iclasın dekabr ayının 1-ci ongünlüyündən gec olmayaraq İranda keçirilməsi qəbul edilib.
Aqrar-sənaye kompleksi
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri və ödənişlər müəyyən edilib
Azərbaycanda balıq ovu mövsümü açıq elan edilib
Azərbaycanda toxum bazarına nəzarət gücləndiriləcək
Xəbər Lenti
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Kremldə Putinin Uitkoff və Kuşnerlə görüşü baş tutub - VİDEO - YENİLƏNİB
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib