Bank Of Baku

Azərbaycanda dənli bitkilər əkilmiş sahələrin məhsuldarlığı 25% azalıb

Azərbaycanda dənli bitkilər əkilmiş sahələrin məhsuldarlığı 25% azalıb
# 02 iyul 2010 11:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda dənli bitkilər əkilmiş sahələrin 45%-i və ya 426 min hektarı biçilib. Bu barədə «APA-Economics» Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

M.Hacıyevin sözlərinə görə, ümumilikdə ölkə üzrə 936 841 ha sahədə dənli və dənli-paxlalı bitkilər əkilib. Biçilmiş 426 min ha sahədən 865 702 ton məhsul götürülüb. Məhsuldarlıq 1 ha sahə üçün 2009-cu illə müqayisədə 25,1% (5,1 sentner) azalaraq 20,3 sentner təşkil edib.

M.Hacıyev artıq Aran rayonlarında buğda biçininə başlanıldığını və bu günədək buğda əkilmiş 223 922 ha sahədə biçinin yekunlaşdığını bildirib. Ümumilikdə bağda əkilmiş sahələrin 34%-nin biçildiyini qeyd edən nazirlik nümayəndəsinin sözlərinə görə, iyunun 29-dək ölkədə 456 516 ton buğda istehsal olunub. Buğdanın məhsuldarlığı 1 ha sahə üçün 20,4 sentner olub və ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 28,4% (5,8 sentner) azalıb.

Ümumilikdə dənli bitkilərin istehsalının azalması cari ildə Azərbaycanda hava şəraitinin pis keçməsi, el və daşqınların vurduğu ziyanla əlaqələndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR