Bank Of Baku

«Aqrolizinq» iki lot üzrə tender keçirir

«Aqrolizinq» iki lot üzrə tender keçirir
# 06 iyul 2010 07:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Aqrolizinq» ASC iki lot üzrə tender keçirir.

Cəmiyyətdən “APA-Economics”ə verilən məlumata görə, tenderin birinci lotunda beynəlxalq standartlara uyğun paralel tipli 2x50 yerli tam avtomatik sağım meydançası avadanlıqları, ikinci lotda isə beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyintəmizləyən və yempaylayan avadanlıqların alınması qeyd olunub.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri bu ilin avqust ayının 4-dək təqdim edə bilərlər. Tenderin əsa şərtlər toplusunu almaq istəyənlər hər lot üzrə 500 manat iştirak haqqı ödəməlidir. Bağlı zərflər isə bu ilin avqust ayının 12-də açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR