Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı kreditlərinin sığortalanması sahəsində yeni mexanizm yaradılacaq

Azərbaycanda kənd təsərrüfatı kreditlərinin sığortalanması sahəsində yeni mexanizm yaradılacaq
# 13 iyul 2010 12:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) «Kənd təsərrüfatı kreditlərinin sığortalanması» layihəsi çərçivəsində apardığı tədqiqatın nəticələrini açıqlayıb.

«APA-Economics»in məlumatına görə, layihənin məqsədi kənd təsərrüfatı və sığorta sahəsində ölkədəki mövcud vəziyyətin təhlili və kənd təsərrüfatı kreditlərinin sığortalanması üzrə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi əsasında ölkədə mexanizmin tətbiqi üçün siyasət sisteminin və tövsiyələrin hazırlanmasından ibarətdir.

AMA-nın icraçı direktoru Jalə Hacıyevanın sözlərinə görə, bu mexanizmin yaradılmasında əsas məqsədlərdən biri kiçik fermerlərin maliyyə resurslarına çıxışı təmin etmək, eyni zamanda onlara dəstək olmaqdır.

J.Hacıyeva bildirib ki, AMA-ya üzv olan mikromaliyyə təşkilatların 2 milyarda yaxın kredit portfelinin təxminən 450 mln. manatı mikro-kreditlərə yönəldilir: «Keçirilən sorğuya əsasən həmin üzvlərin yarısı kənd təsərrüfatı sektoruna kredit ayırır və bu sektorun məcmu portfeldə ümumi çəkisi 10% təşkil edir. Bu mexanizm mikro-maliyyə institutları və sığorta şirkətləri üçün bir imkan olaraq kənd təsərrüfatı məhsullarının bazarda məhsuldarlığını yaratmağa və ixrac yönümlü hədəflər qurmağa böyük təsir edəcək».

Daha sonra AMA-nın tədqiqat qrupunun rəhbəri Vaqif Rüstəmov layihə çərçivəsində aparılan tədqiqatla bağlı geniş məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR