Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində ötən ay ucuzlaşma müşahidə olunub

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində ötən ay ucuzlaşma müşahidə olunub
# 14 iyul 2010 08:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin iyun ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,2% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində bitkiçilik, bostan və bağçılıq məhsullarının qiymətləri 0,3% ucuzlaşıb, diri mal-qara və heyvandarlıq məhsullarının qiymətləri isə əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.

Bitkiçilik, bostan və bağçılıq məhsullarından turuncu meyvələrin istehsalçı qiymətləri 12,2%, sitrus meyvələrinin 5,4%, zeytun və qoz-fındığın qiymətləri 0,1% bahalaşıb, dənli bitkilərin 0,6%, kökümeyvəli və köküyumruluların 1,5%, tərəvəz məhsullarının 1,1%, digər qruplara daxil edilməyən sair tərəvəzlərin qiymətləri isə 7,2% ucuzlaşıb.

Diri mal-qara və heyvandarlıq məhsullarından diri iribuynuzlu qaramalın istehsalçı qiymətləri 1%, mal ətinin (diri çəkidə) 8,7%, diri qoyunların 0,6%, mal-qara yunu və tükünün 0,9%, quş ətinin (diri çəkidə) 0,2%, yumurtanın qiymətləri 2,6% bahalaşıb, iribuynuzlu qaramaldan alınan südün 6,1%, qoyun və keçi südünün 2,8%, qoyun ətinin (diri çəkidə) 1,7%, diri quşların qiymətlərində isə 6,6% ucuzlaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR