Bank Of Baku

Bu ilin payızında Azərbaycana 600-dən artıq baş cins damazlıq düyə gətiriləcək

Bu ilin payızında Azərbaycana 600-dən artıq baş cins damazlıq düyə gətiriləcək
# 14 iyul 2010 10:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin payız aylarında Azərbaycana 600-dən artıq baş cins damazlıq düyə gətiriləcək.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkənin kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Nazirin sözlərinə görə, 2009-cu ildə «Aqrolizinq» ASC tərəfindən Almaniyadan 770 baş cins damazlıq mal gətirilərək lizinq qaydasında satılıb: «Bu işin davam etdirilməsi üçün cari ilə ayrılmış 3 mln. manat vəsait hesabına 902 baş cins damazlıq düyə gətirilməsi üçün müqavilə bağlanıb ki, indiyədək 287 baş heyvan gətirilib və lizinq qaydasında satılıb. Qalan heyvanların gətirilməsi payız aylarına planlaşdırılır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR