Bank Of Baku

Azərbaycanda bu ilin I yarısında 1 594 min tondan çox dənli və dənli-paxlalı bitkilər istehsal edilib

Azərbaycanda bu ilin I yarısında 1 594 min tondan çox dənli və dənli-paxlalı bitkilər istehsal edilib
# 14 iyul 2010 12:49 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə dəyəri bu ilin birinci yarısında 1 306,6 mln. manat təşkil edib.

APA-Economics”in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abbasov Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qeyd edib.

Nazirin sözlərinə əsasən, bu ilin məhsulu üçün keçən ilin payızında və bu ilin yazında 950 min ha sahədə dənli və dənli-paxlalı bitkilər əkilib ki, onun da 674,6 min ha-nı buğda təşkil edib: “İyulun 12-nə olan vəziyyətə 802,7 min ha və ya ümumi sahənin 84%-i həcmində biçin aparılıb və 1 594,8 min ton məhsul istehsal edilib”.

Taxıl biçini mövsümündə “Aqrolizinq” ASC tərəfindən gətirilən 990 və digər mənbələrdən daxil olan 240 müasir tipli kombayn olmaqla, ümumilikdə 3 110 taxılyığan kombayndan istifadə edilir. Bu isə keçən ilin taxıl biçinində istifadə edilən yeni kombaynların sayından 236 ədəd çoxdur. Bu da bu il taxılın vaxtında və itkisiz yığılmasına şərait yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR