Bank Of Baku

Xaçmaz və Şəmkirdə logistik bazalar inşa olunub

Xaçmaz və Şəmkirdə logistik bazalar inşa olunub
# 14 iyul 2010 13:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Xaçmaz və Şəmkir rayonlarında inşa olunan logistik bazalar yaxın gələcəkdə istismara veriləcək.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Nazirin sözlərinə görə, «Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə» sərəncama müvafiq mineral gübrələrin, “Aqrolizinq” ASC tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikasının və texnoloji avadanlığın saxlanılması üçün xüsusi anbarların tikilməsi və alınan mineral gübrələrin paylanması üçün ayrı-ayrı bölgələri əhatə edən regional logistik bazaların yaradılması istiqamətində görülən işlər davam etdirilir: «Şəki və Sabirabad rayonlarında regional logistik bazalar istifadəyə verilib, Xaçmaz və Şəmkir rayon bazaları istismara verilməyə hazırdır. Cəlilabad və Bərdə rayonlarında isə bazaların tikintisinə başlanılıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR