Bank Of Baku

Tərtərdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının sərgi-yarmarkısı keçirilir

Tərtərdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının sərgi-yarmarkısı keçirilir
# 24 iyul 2010 11:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. Tərtər rayonunda Aqro İnformasiya Mərkəzinin (AİM) təşkilatçılığı ilə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının sərgi-yarmarkısı keçirilir.
AİM-dən APA-ya verilən məlumata görə, sərgi-yarmarka çərçivəsində məhsullarla yanaşı, “Ekologiya kəndli gənclərin gözü ilə” rəsm sərgisinin keçirilməsi, müxtəlif mövzularda müsabiqələrin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2008-ci ildə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunun qəbul edilməsindən sonra ölkədə ekoloji təmiz məhsul istehsalı sahəsində canlanma yaranıb, mərkəzi bölgədə, xüsusilə bu sahənin inkişafı üçün zəngin təbii resurslara malik Bərdə və Tərtər rayonlarında 70-dək ekoloji fermerçiliyə keçid edən təsərrüfatlar yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR