Bank Of Baku

«Aqrolizinq» regional aqroservis şəbəkəsini genişləndirir

«Aqrolizinq» regional aqroservis şəbəkəsini genişləndirir
# 28 iyul 2010 07:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Aqrolizinq» ASC aqroservis filiallarının tikintisi və suvarma sisteminin satın alınmasına dair tender keçirir. Bu barədə «APA-Economics»ə səhmdar cəmiyyətinin Tender Komissiyasından məlumat verilib.

Tender 7 lot üzrə keçirilir. Bunlardan 5 lot ayrılıqda Saaatlı, Biləsuvar, Ağcabədi, Neftçala və Qusar rayonlarında aqroservis filialının tikintisini, digər 2 lotdan biri Salyan rayonunda 800 ha sahədə çiləmə suvarma qurğuları, digəri isə Yevlax rayonunda 270 ha bağ sahəsində damcılı suvarma qurğusunun satın alınmasını əhatə edir.

Seçim zamanı aşağı qiymət, qüvvədə olan standartlara uyğunluq, müqavilələrin yerinə yetirilmə müddəti, keyfiyyətə zəmanət öhdəlikləri və s. meyarlara üstünlük veriləcək.

Hər bir lot üzrə iştirak haqqı 600 manatdır.

İddiaçılar gərəkli sənədləri sentyabrın 1-dək «Aqrolizinq» ASC-nin Tender Komissiyasına (Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küç.,12; tel: (994 12) 425 61 29 - Kamal İsmayılov) təqdim edə bilərlər. Tender təklifi və bank təminatı isə sentyabrın 9-dək qəbul olunacaq. Tender zərfləri sentyabrın 10-da açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR