Bank Of Baku

«Azərsun Holding» yeni layihənin icrasına başlayıb

«Azərsun Holding» yeni layihənin icrasına başlayıb
# 29 iyul 2010 11:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərsun Holding» Azərbaycanda ekoloji-təmiz məhsul istehsalı layihəsinin icrasına başlayıb. «APA-Economics»in bildirdiyinə görə, bu barədə «Azərsun Holding» Şirkətlər Qrupunun prezidenti Abdulbari Goozal məlumat verib.

A.Goozalın sözlərinə görə, layihə çərçivəsində ildə 30 min ton heyvan gübrəsi mikroelementlərlə zənginləşdirilərək 3 min ha sahədə istifadə ediləcək və bu sahədə kimyəvi elementlər 2-3 il ərzində tam aradan qaldırılacaq. Ərazidə ekoloji-təmiz tərəvəz istehsal olunacaq.

Şirkət rəhbəri onu da vurğulayıb ki, bu layihə onun şəxsi təşəbbüsü nəticəsində reallaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR