Bank Of Baku

Azərbaycanda baş vermiş çay daşqınları şəkər istehsalına zərər yetirib

Azərbaycanda baş vermiş çay daşqınları şəkər istehsalına zərər yetirib
# 29 iyul 2010 12:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Kür və Araz çaylarında baş vermiş sel daşqınları nəticəsində şəkər çuğunduru əkilmiş sahələrə ciddi zərər dəyib. «APA-Economics»in bildirdiyinə görə, bu barədə «Azersun Holding» Şirkətlər Qrupunun prezidenti Abdulbari Goozal məlumat verib.

Şirkət rəhbəri bildirib ki, «Azersun Holding» əkin zamanı həmin kəndlərdəki istehsalçılara gübrə də verib: «Bizim ciddi zərərimiz oldu. Təxminən 300 ha əkin sahəsində məhsul olmadı. Eyni zamanda, 40 ha yaşıl noxud sahəsi də su olmadığından qurudu».

A.Goozal bildirib ki, bu «Azersun Holding» üçün böyük zərərdir. Zərərin şəkər istehsalına təsirini azaltmaq üçün şirkət başqa imkanlardan istifadə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR