Bank Of Baku

«Ağdaş-Aqroservis» Mərkəzi istifadəyə verilib

«Ağdaş-Aqroservis» Mərkəzi istifadəyə verilib
# 29 iyul 2010 14:24 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov - APA. «Aqrolizinq» ASC-nın «Ağdaş-Aqroservis» Mərkəzi üçün tikilən yeni bina və gübrə anbarı istifadəyə verilib. APA-nın yerli bürosunun məlumatına görə, iyulun 29-da bununla bağlı keçirilən açılış mərasimində «Aqrolizinq» ASC-nin sədri Əli Bayramov və rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev iştirak ediblər.

Tədbirdə məlumat verilib ki, bir hektar ərazini əhatə edən «Ağdaş-Aqroservis» Mərkəzində idarə binası, kənd təsərrütatı texnikaları üçün təmir emalatxanası və 70-ə yaxın texnikanın saxlanılması üçün qaraj, 3000 ton mineral gübrənin saxlanılması üçün anbar inşa edilib.

Həmçinin bildirilib ki, 2006-cı ildə fəaliyyətə başlayan zaman tabeçiliyndə 4 kombayn və 5 traktor olan «Ağdaş-Aqroservis» bu gün fermerlərə 50 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası ilə xidmət göstərir. Hazırda aqroservisdə 30 nəfər işçi çalışır və daha 20 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR