Bank Of Baku

«Aqrolizinq» ASC ilin sonunadək bir neçə rayonda yeni aqroservis mərkəzləri açacaq

«Aqrolizinq» ASC ilin sonunadək bir neçə rayonda yeni aqroservis mərkəzləri açacaq
# 29 iyul 2010 14:46 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov - APA. Hazırda «Aqrolizinq» ASC-nin respublikanın 55 şəhər və rayonunda fəaliyyət göstərən aqroservis mərkəzindən 13-ü yeni bina ilə təmin edilib. Bunu APA-y açıqlamasında «Ağdaş-Aqroservis» Mərkəzinin yeni binasının açılış mərasimində iştirak edən «Aqrolizinq» ASC-nin sədri Əli Bayramov bildirib.

Ə.Bayramovun sözlərinə görə, ölkə prezidenti İlham Əliyevin 26 iyul 2010-cu il tarixli sərəncamı ilə «Aqrolizinq» ASC-yə ayrılan 5 mln. manat hesabına 2010-cu ilin sonunadək Ağcabədi, Qusar, Saatlı, Neftçala və Tovuzda da aqroservis mərkəzləri tikiləcək.

«Sabirabad və Şəkidə tikilən gübrə bazaları istifadəyə verilib, gələn ay Xaçmaz və Şəmkirdə, ilin sonunadək isə Cəlilabad və Bərdədə yeni regional gübrə bazaları açılacaq. Belə Ki, 13 aqroservis və 6 gübrə bazasının inşası və onların maddi-texniki bazasının gücləndirilməsi üçün 30,5 mln. manat vəsait xərclənib», - deyə Ə.Bayramov bildirib. Şirkət başçısı qeyd edib ki, 2004-cü ildə «Aqrolizinq» ASC fəaliyyətə başlayandan bəri 3000-ə yaxın traktor, 990 ədəd kombayn, 6000-dən artıq digər kənd təsərrüfatı texnikası və mexanizmi alınaraq aqroservis mərkəzlərinin və lizinq yolu ilə fermerlərin istifadəsinə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR