Bank Of Baku

«Azersun Holding»in daha bir müəssisəsi beynəlxalq sertifkat alıb

«Azersun Holding»in daha bir müəssisəsi beynəlxalq sertifkat alıb
# 30 iyul 2010 10:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azersun Holding» Şirkətlər Qruppu nəzdində fəaliyyət göstərən «Natural Greenland» əkinçilik müəssisəsi GLOBAL GAP (Yaxşı Əkinçilik Təcrübəsi) sertifikatına layiq görülüb. Bu barədə «APA-Economics»ə holdinqin mətbuat xidmətindən məlumat verilib.

«Natural Greenland»ın 1 010 hektar ərazisində yetişdirilən pomidor, göy noxud, turşu xiyar, bibər və badımcan kimi əkinçilik məhsulları GLOBAL GAP çərçivəsində «Kas Cert İnternational» sertifikatlaşdırma şirkəti tərəfindən dəyərləndirilib və müəssisənin turşuluq xiyar məhsulu bu sertifikata layiq görülüb.

Şirkətdən bildirilib ki, 15 min ton istehsal gücünə malik olan «Natural Greenland» müəssisəsi müxtəlif çeşidli məhsullar istehsal edir. Zavodun ən böyük üstünlüyü xammalı yaxınlıqdakı öz əkin sahələrindən günlük təzə olaraq təmin etməsidir.

Hazırda «Natural Greenland» digər məhsulların da sertifikata layiq görülməsi istiqamətində işləri davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR