Bank Of Baku

Zaqatala rayonunda “Aqrolizinq” ASC-nin yeni filialı istifadəyə verib

Zaqatala rayonunda “Aqrolizinq” ASC-nin yeni filialı istifadəyə verib
# 30 iyul 2010 20:26 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov. APA. “Aqrolizinq” ASC-nin Zaqatala rayonunda yeni filialı istifadəyə verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, “Aqrolizinq” ASC-nin yeni filialı rayonun Muxax kəndi ərazisində inşa edilib, 1,24 hektar sahəni əhatə edir. Filiala 670 kvadratmetr sahəsi olan təmir emalatxanası, 1800 kvadratmetr sahəsi olan gübrə anbarı, texnikanın saxlanması üçün 1200 kvadratmetr sahəsi olan altıaçıq, habelə inzibati bina daxildir. Müəssisənin ixtiyarında 34 adda 57 ədəd müxtəlif kənd təsərrüfatı texnikası, o cümlədən Belarus, Çin və Türkiyə istehsalı olan traktorlar, Rusiya və Hollandiyadan alınmış taxılbiçən kombaynlar vardı. Bu gün “Aqrolizinq” ASC-nin Zaqatala rayonunda yeni inşa edilmiş filialın açılış mərasimi keçirilib. Mərasimdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, “Aqrolizinq” ASC-nin sədri Əli Bayramov və yerli fermerlər iştirak edib. Tədbirdə çıxış edən “Aqrolizinq” ASC-nin sədri Ə. Bayramov bildirib ki, “Aqrolizinq” ASC 2004-cü ildə yaradılıb. Ə Bayramov, səhmdar cəmiyyətin yaradılmasından ötən dövr ərzində qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Tədbirdə çıxış edən Zaqatala RİH-nin başçısı M. Əhmədzadə bildirib ki, yeni istifadəyə verilən bu aqroservis filialı fermerlərin müasir texnika və texnologiyalara, habelə gübrəyə olan tələbatını tam şəkildə ödəyəcək, rayonda kənd təsərrüfatı sahəsinin inkişafına öz töhfəsini verəcəkdi. M.Əhmədzadə belə dəyərli hədiyyəyə görə zaqatalalı fermerlər adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR