Bank Of Baku

Rusiya taxıl ixracına qadağa qoyub

Rusiya taxıl ixracına qadağa qoyub
# 05 avqust 2010 14:10 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Rusiyanın baş naziri Vladimir Putin bildirib. Qeyd edək ki, Rusiya dünya bazarında əsas taxıl ixracatçılarından biridir. Qadağanın müddəti isə hələ məlum deyil.

V.Putinin sözlərinə görə, bu qadağa tək taxıla deyil, həm də ondan istehsal edilən məhsullara şamil olunur.

Qeyd edək ki, Rusiyada quraqlıq səbəbindən dünya bazarında taxılın qiyməti iki illik maksimuma çatıb.

Ötən il ərzində Rusiyanın taxıl ixracı 21,4 mln. tona bərabər olub ki, bu da dünya bazarının 13%-ni təşkil edib. Rusiya Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə, cari ildə məcmu məhsul 70-75 mln. tona bərabər olacaq ki, bu da quraqlıqdan əvvəlki proqnozdan (90 mln. ton) nəzərə çarpan dərəcədə azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR